Avropa Komissiyası Polşa və Baltikyanı ölkələrin enerji infrastrukturunun qorunması üçün 113 milyon avro ayırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Potitico” məlumat yayıb.
Bu vəsait dörd ölkə arasında bölüşdürüləcək. Alıcı dövlətlər bildiriblər ki, ayrılan məbləğ milli büdcə vəsaitləri ilə tamamlanacaq.
Məlumata görə, vəsait elektrik stansiyalarının mühafizə avadanlıqlarının alınmasına, eləcə də dronların zərərsizləşdirilməsi sistemlərinin istehsalına yönəldiləcək.