Əsas məzmuna keç

Avropa Komissiyası Kiyevə 45 milyard avro ayrılmasını təklif etdi

Avropa Komissiyası Kiyevə 45 milyard avro ayrılmasını təklif etdi

Brüssel Ukraynaya hərbi satınalma və dronlar üçün milyardlar ayırır. Macarıstanın blokladığı yardım paketinin detalları və büdcə dəstəyinin həcmi bəlli oldu.

en ru

Avropa Komissiyası (AK) Avropa İttifaqı Şurasına Macarıstan və Slovakiyanın blokladığı 90 milyard avroluq hərbi maliyyələşdirmə çərçivəsində Kiyevə 45 milyard ayrılmasını təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Avropa Komissiyası Aİ Şurasına Ukraynaya pilotsuz texnologiyaların inkişafı üçün dekabrın 31-nə qədər 45 milyard avro ayrılmasını təsdiqləməyi təklif edib.

90 milyard avronun qalan hissəsi isə növbəti il üçün nəzərdə tutulub.

Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari bildirib ki, söhbət vəsaitlərin ilkin ayrılmasından gedir və onun sözlərinə görə, bu, 90 milyard avroluq kredit təsdiqlənməzdən əvvəl mümkündür.

Bu vəsaitdən Avropa Komissiyası Kiyevə 16,7 milyard avronu dəstəyi üçün 28,3 milyard avronu isə hərbi satınalmalar üçün yönəltməyi planlaşdırır.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 02.10.2026

Banklarda alış-satış ›
Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…