Ermənistanın Sünik vilayətində avtomobil qəzası baş verib, Rusiya hərbçiləri yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumata əsasən, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının iki hərbçi qulluqçusu Gorus yaxınlığında “Nor Zanger” adlanan ərazidə baş vermiş qəzada yaralanıb.
Qəzada xəsarət alanlar xəstəxanaya çatdırılıb.