Ermənistanda qadınlar könüllü olaraq hərbi xidmət keçə biləcəklər.
"Operativ Məlumat Mərkəzi-OMM" “Armenpress”ə istinadən xəbər verir ki, “könüllü hərbi xidmət keçməsi” haqqında qanun parlamentdə təsdiqlənib.
Bildirilib ki, Ermənistan Respublikasının 18-27 yaş arası vətəndaşları müraciət edə bilər və hərbi xidmət müddəti 6 ay olacaq.
Ermənistanın müdafiə naziri Suren Papikyan qeyd edib ki, qanuna görə 6 aylıq hərbi xidmətini başa vurmuş qadınlara tərxis olunduqları zaman 1 milyon dram (4457 manat) pul ödəniləcək.