Əsas məzmuna keç

Ermənistan vətəndaşlarının Aİ-dən sığınacaq istəyi kəskin azaldı

Ermənistan vətəndaşlarının Aİ-dən sığınacaq istəyi kəskin azaldı

Avropa İttifaqı ölkələrinə mühacirət müraciətləri 34% gerilədi. 2025-ci ilin statistikası pandemiya dövründən bəri ən aşağı həddir. Bəs bu kəskin azalmanın səbəbi nədir?

en ru

Avropa İttifaqı (Aİ) ölkələrindən sığınacaq istəyən vətəndaşlarının sayı üçdə birdən çox azalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı müvafiq statistika yayılıb.

2025-ci ildə Aİ-yə üzv ölkələrdə sığınacaq üçün müraciət edən Ermənistan vətəndaşlarının sayı 2850 nəfər təşkil edib.

Bu göstərici 2024-cü ilin analoji dövrü (4330 nəfər) ilə müqayisədə 34 faizdən çox azalıb.

Müraciətlərin daha az olduğu dövr yalnız COVID-19 pandemiyası illərinə — 2020 və 2021-ci illərə təsadüf edib ki, bu da karantin rejimi və hava yolu ilə sərnişindaşımanın kəskin azalması ilə bağlı idi.

Ermənistanla Aİ arasında hava yolu ilə sərnişindaşıma 178 min nəfər artıb. Başqa sözlə, azalan amil Aİ-də fiziki mövcudluq imkanları deyil, sığınacaq və orada qalmaq zərurətidir. Bu baxımdan 2025-ci il dönüş nöqtəsi olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…