Operativ Məlumat Mərkəzi

Ermənistan Prezidenti Pezeşkianın İrəvana səfərini səbirsizliklə gözləyir

1 dəq
Paylaş:
Ermənistan Prezidenti Pezeşkianın İrəvana səfərini səbirsizliklə gözləyir
görüş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində baş tutub. Tərəflər İran Prezidenti Məsud Pezeşkianın...

Türkmənistanda İranın vitse-prezidenti Məhəmməd Rza Arif və Ermənistan prezidenti Vaaqn Xaçaturyan arasında görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində baş tutub.

Tərəflər İran Prezidenti Məsud Pezeşkianın yaxın vaxtlarda Ermənistana səfəri barədə müzakirə aparıblar.

Bundan başqa İran və Ermənistan arasında ticarət, kənd təsərrüfatı, elm və texnologiya sahələri barəsində fikir mübadiləsi aparılıb.

İranın vitse-prezidenti ölkəsində fəaliyyət göstərən şirkətlərin Ermənistanda nəqliyyat, su bəndləri, yaşayış qəsəbələri və başqa infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu bəyan edib.

Ermənistan Prezidenti ölkəsinin İranla əlaqələrinin dərinləşdiyini vurğulayaraq, Pezeşkianın Ermənistana səfərini səbirsizliklə gözlədiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər