Operativ Məlumat Mərkəzi

Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutub, Azərbaycan sərhədçisi yaralanıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutub, Azərbaycan sərhədçisi yaralanıb - YENİLƏNİB
hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb.

15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsyuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda bildirilib.

09:47***

Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar.

"Operativ Məlumat Mərkəzi-OMM" “Caliber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər