Ermənilərin qətlə yetirdiyi Azərbaycan vətəndaşları barədə məlumatlar sistemləşdirilir

Ermənilərin qətlə yetirdiyi Azərbaycan vətəndaşları barədə məlumatlar sistemləşdirilir
13.03.2023 15:48
Aa
dəq

Dövlət Komissiyası fəaliyyətə başladığı vaxtdan etibarən itkin düşmüş şəxslərə, o cümlədən onlara aid məzar yerlərinə dair məlumatların toplanması işi diqqət mərkəzində saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, materialların təhlilinə əsasən, I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri və erməni silahlı-separatçı dəstələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının kütləvi və fərdi dəfn yerləri barədə məlumatlar sistemləşdirilir.

Dövlət Komissiyasının katibi qeyd edib ki, eyni zamanda, bu sahədə BQXK ilə yaxından əməkdaşlıq edilir: “Əldə edilmiş razılığa uyğun olaraq BQXK ötən il qurumda olan müəyyən məlumatları Dövlət Komissiyasına təqdim edib. Toplanmış məlumatlar əsasında ötən il xüsusi xəritələr tərtib edilib. Bununla yanaşı, Dövlət Komissiyasının İşçi qrupu məzar yerləri ilə bağlı məlumatların toplanması işini hazırda da davam etdirir. Ancaq yuxarıda da qeyd etdiyim kimi, itkinlər barədə təfsilatlı məlumatlar daha çox Ermənistan tərəfdədir. Ümid edək ki, Ermənistan bu sahədə məlumatların təqdim edilməsi və konstruktiv əməkdaşlıq nümayiş etdirilməsi imkanını özündə tapacaq”.

Həftənin ən çox oxunanları

İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında iştirak edir

İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında iştirak edir
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Çexiya Baş naziri ilə görüşüb

İlham Əliyev Çexiya Baş naziri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti Oksfordda Finlandiya Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti Oksfordda Finlandiya Prezidenti ilə görüşüb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Oksfordda Litva Prezidenti ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Oksfordda Litva Prezidenti ilə görüşüb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident dəyirmi masada iştirak edir - YENİLƏNİB

Prezident dəyirmi masada iştirak edir - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu