Operativ Məlumat Mərkəzi

“Ermənistan dünya ictimaiyyətinin təkliflərini qulaq ardına vurur”- AÇIQLAMA

2 dəq
Paylaş:
“Ermənistan dünya ictimaiyyətinin təkliflərini qulaq ardına vurur”- AÇIQLAMA
Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda Prezident İlham Əliyevlə görüşməkdən boyun qaçırması konkret mahiyyət daşıyır. Bu sözləri "Operativ...

Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda Prezident İlham Əliyevlə görüşməkdən boyun qaçırması konkret mahiyyət daşıyır.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında VI çağırış Milli Məclisin deputatı Musa Qasımlı bildirib.

“Birincisi onu göstərir ki, Ermənistan sülh istəmir. Sülhdən danışmasına baxmayaraq sülh üçün yaranan imkanlardan istifadə etmir. Sülh istəyən ölkə, hökumət başçısı ən cüzi fürsətlərdən istifadə etməlidir. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi vaxt udmağa çalışır, qisas almaqdan ötrü fasilə götürüb, şərait yaranan kimi hərəkətə keçməyi planlaşdırır”, - deyə millət vəkili bildirib.

Musa Qasımlı qeyd edib ki, təbiidir ki, Ermənistanın bu düşüncələrini həyata keçirməyə imkanları yoxdur. İkincisi, Paşinyanın bu hərəkəti sammiti təşkil edən və görüşü təklif edən Avropa Siyasi Birliyinin sammitinə hörmətsizlikdir. Bu, o deməkdir ki, Ermənistan dünya ictimaiyyətini də aldadır, onların təkliflərini qulaq ardına vurur.

Millət vəkili bildirib ki, nəhayət Paşinyanın bu addımı, Azərbaycanın haqlı olduğunu bir daha sübut edir və göstərir ki, kim sülh istəyir, kim sülh istəmir?

Aminə Nəzərova

Professor Musa Qasımlı: Bu Qələbə Ermənistanı müdafiə edən dairələrə vurulan böyük bir zərbə idi - AZƏRTAC

Bu xəbəri paylaş

Oxşar xəbərlər