''Ermənistan bu saat "ərköyün" gəncə bənzəyir'' - Hərbi ekspert

''Ermənistan bu saat "ərköyün" gəncə bənzəyir'' - Hərbi ekspert
14.04.2023 16:40
Aa
dəq

Təəssüflər olsun ki, biz növbəti dəfə erməni vəhşiliyinin şahidi oluruq. Erməni sosial şəbəkələri vasitəsilə yayılmış videoda əsgərlərimizə vəhşicəsinə işgəncə verərək, onları alçaltmaq faktları görə bilirik. Əlbəttə belə vəhşilik ermənilər tərəfindən birinci dəfə deyil. Biz bunları Xocalıda, işğaldan azad olunmuş ərazilərin darmadağın edilməsində, Birinci Qarabağ savaşında görmüşük.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri hərbi ekspert Şair Ramaldanov deyib.

O qeyd edib ki, əgər Ermənistanı götürsək, bütün insani dəyərlərdə, beynəlxalq hüquqda, konvensiyaların tələblərində pozulmayan norma yoxdur.

"Bu da, dünyada hələ də, ikili standartların hökm sürməsindən irəli gəlir. 30 ilə yaxın Azərbaycanın torpaqları işğal altında idi. BMT-nin 4 qətnaməsi vardı, ancaq heç biri yerinə yetirilməmiş və Azərbaycan öz haqqını, öz silah gücünə işğalçı qüvvələri darmadağın etdi və qısa bir zamanda ərazi bütövlüyümüzü bərpa etdi. 30 il Azərbaycan torpaqları erməni işğalçıları altında qaldı, ancaq Ukrayna fonunda dərhal müdafiəyə qalxdı və orada Rusiya kimi bir dövlətə qarşı işğalı genişləndirməyinin qarşısını aldı. Bu gün orada döyüşlər gedir. Ermənistan dövlətinin beynəlxalq qurumlarının gücü çatmadı ki, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsini məcbur etsinlər.

Bizim əsirlər 2 gündür ki, sosial şəbəkələrdə aktiv şəkildə müzakirə olunur. Ancaq Şuşa-Xankəndi yolu ilə gündə onlarla Qırmızı Xaç beynəlxalq maşınları Xankəndiyə və Ermənistana Azərbaycan ərazisindən keçirlər. İndiyə qədər də bizim əsirlərlə bağlı Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ya görüşməyib, ya da hansısa tədbirlər görməyib".

Ekspert bildirib ki, bu gün də Ermənistan bir-birindən sübutsuz Azərbaycan əsgərlərini quldur, cinayətkar şəkildə qələmə vermək istəyirlər.

"Guya hansısa gözətçini öldürüblər və s. Əgər doğrudan da bu məsələ ilə bağlı obyektiv məşğul olan beynəlxalq qurumlar olarsa, bunuda çox sadə şəkildə sübuta yetirmək olar. Ermənistan bu saat "ərköyün", "tərbiyəsiz" gəncə bənzəyir. Onların törətdiyi hər hansısa qanun pozuntusunun qarşısını almırlar və cavaba çəkmirlər. Belə olduğu halda da Ermənistandan bundan sonra nə olsa gözləmək olar. Azərbaycan artıq beynəlxalq qurumlara öz müraciətini edib. Beynəlxalq qurumlar hələ ki, susurlar. Ancaq yenə də Ermənistan istər könüllü şəkildə, istərsə də beynəlxalq təzyiq altında olaraq bizim əsgərləri qısa zamanda Azərbaycana qaytarmasa, Azərbaycan öz oğullarını, əsgərlərini ermənilərin əlində saxlamayacaq".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu