Ermənistanın Türkiyə ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan CNN Türk telekanalına müsahibəsində bəyan edib ki, İrəvan sərhədləri açmağa və Ankara ilə diplomatik münasibətləri tamamilə normallaşdırmağa hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Hazırda Türkiyə ilə münasibətləri tam şəkildə bərpa etmək və sərhədləri açmaq üçün heç bir maneə görmürük, - deyən Rubinyan Ermənistanın Türkiyədən siyasi iradə gözlədiyini bildirib.