Əsas məzmuna keç

Ərdoğan: Türkiyə sülh üçün hər şeyi edəcək

Ərdoğan: Türkiyə sülh üçün hər şeyi edəcək

Rəcəb Tayyib Ərdoğan AK Parti toplantısında regional münaqişə riskindən xəbərdarlıq etdi. Diplomatiya və dialoqa çağıran liderin mühüm bəyanatları ilə tanış olun.

en ru

Prezidenti Rəcəb Tayyib bölgədə sülhün təmini və müharibənin qarşısının alınması üçün Türkiyənin lazımi addımları tərəddüdsüz atacağını bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki qrup toplantısında danışıb.

Ölkəsini bu alovdan uzaq saxlamaqda qətiyyətli olduqlarını bildirən Türkiyə lideri, müharibənin regional daxili qarşıdurmaya çevrilmə riskinə diqqət çəkib: "Enerji, və infrastruktur obyektlərinə yönəlmiş cavab zərbələri regional daxili qarşıdurmaları alovlandırır. Axan qanın dayandırılması, silahların susması və problemlərin yolu ilə həll oluna bilməsi üçün iynə ucu qədər ümid varsa, bunu dəyərləndirmək boynumuzun borcudur".

Ərdoğan əlavə edib ki, müharibənin başlanğıcından etibarən Türkiyənin prinsipial mövqeyi insanlığın və vicdanın səsi olub: "Bəşəriyyətin düşdüyü bu sıxıntılı vəziyyətdən çıxması üçün ən böyük imkan diplomatiya və dialoqdur. Maksimalist tələblərdə israr etmək əvəzinə, ortaq məxrəcə gəlməyə çalışmaq lazımdır. Bunu ağıl da tələb edir, vicdan da. Beynəlxalq hüquq və ədalət də bunu zəruri edir. Ümidimiz odur ki, sağlam düşüncənin hakim olduğu, daha çox qan tökülmədən sülhə gedən yol açılsın. Biz bunun üçün lazım gələrsə bütün gücümüzlə səylərimizi davam etdirəcəyik".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…