Türkiyə əsirlərin azad edilməsi və Qəzza böhranının həlli üçün əlaqələri davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"360 kv.km ərazidə sıxışan 2 milyon insanın işığı, suyu, yanacağı və qidasının kəsilməsi ən sadə insan hüquqlarının pozulmasıdır. Qəzza hazırda məzlum və qurbandır, lakin İsrail o qədər də məzlum vəziyyətdə deyil. Müstəqil Fələstin dövləti qurulmadan bölgədə sülhün olmayacağını gördük".