Operativ Məlumat Mərkəzi

Ərdoğan prezident seçiləcəyinə əmindir

2 dəq
Paylaş:
Ərdoğan prezident seçiləcəyinə əmindir

"Mayın 14-də keçiriləcək tariximizin ən vacib seçkisində Allahın köməyi ilə yenə qələbə qazanacağıq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter hesabında yazıb.

O bildirib ki, seçkilərin nəticələrinə əsasən gənclər, yaşlılar, qadınlar və kişilər daxil olmaqla, 85 milyonluq xalqın hər biri qələbə qazanacaq:

"Şərq, qərb, şimal və cənubda yerləşən 81 vilayətimizin hər biri qalib gələcək. Cəmiyyətimizin bütün təbəqələri qələbə qazanacaqlar. Fərqli inanclara sahib bütün vətəndaşlarımız qələbə qazanacaqlar. "Daha ədalətli bir dünya mümkündür” şüarımızı eşidən Asiya və Afrikadakı yüz milyonlarla insan qələbə qazanacaq. Ay-ulduzlu al bayrağımızı görəndə hüzur tapan, özünü inamlı hiss edən soydaşlarımız qalib olacaqlar. Ölkəmiz və dünyanın dörd bir tərəfində Türkiyənin uğuru üçün dua edənlər qələbə qazanacaqlar”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər