Əsas məzmuna keç

Ərdoğan oyundan sonra hakimin döyülməsini pisləyib

Ərdoğan oyundan sonra hakimin döyülməsini pisləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada futbol üzrə ölkə çempionatının oyunundan sonra meydanda hakimin döyülməsi hadisəsini kəskin şəkildə...

Prezidenti Rəcəb Tayyib Ankarada üzrə ölkə çempionatının oyunundan sonra meydanda hakimin döyülməsi hadisəsini kəskin şəkildə pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə liderinin bəyanatında yer alıb.

““Ankaragücü” – “Rizespor” matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu pisləyirəm və ona tezliklə sağalmasını arzulayıram. İdman və qardaşlıq deməkdir. Zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətə dözməyəcəyik”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca ölkə çempionatında “Rizəspor”la oyundan sonra meydana qaçaraq hakim Umut Melerin sifətinə zərbələr endirib.

Daha sonra Ankara Prokurorluğu “Ankaragücü”nün prezidenti Faruk Kocanın həbsinə order verib. Hadisə Türkiyə Futbol Federasiyasının da araşdırmasına səbəb olub. Türkiyənin aparıcı klubları “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor” və digərləri baş verən vəziyyəti pisləyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…