Əsas məzmuna keç

Ərdoğan: İran-İsrail müharibəsi dayansın!

Ərdoğan: İran-İsrail müharibəsi dayansın!

Türkiyə lideri R.T.Ərdoğan AKP-də Tehran-Təl-Əviv gərginliyinin neft bazarına təsirindən danışdı. Xameneinin ölümü ilə böyüyən hərbi böhranın şok detalları və ABŞ-ın rolu...

ru en

Prezidenti Rəcəb Tayyib xəbərdarlıq edib ki, İranİsrail-ABŞ müharibəsi bölgəni tamamilə bürümədən dayandırılmalıdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu bəyanat hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında səsləndirilib.

Dövlət başçısının sözlərinə görə, regionda baş verən müharibələr səbəbindən bölgəni "qan qoxusu" alıb. O vurğulayıb ki, İrana qarşı hücumlar neft qiymətinin artımına və qlobal iqtisadiyyat üçün ciddi təhlükələrə səbəb olur.

"Bütün dünya ölkələri bundan təsirlənir. Türkiyə belə çətin məqamlarda dost və qardaş ölkələrə arxa çevirmir", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib. O həmçinin qeyd edib ki, yenidən masa üzərində müzakirələr aparılması üçün səylər davam etdirilir.

Xatırladaq ki, ABŞİsrail fevralın 28-də İrana qarşı əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin bazalarının yerləşdiyi , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraqKiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…