Ərdoğan və Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər - YENİLƏNİB-2

Ərdoğan və Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər - YENİLƏNİB-2
31.07.2023 17:54
Aa
dəq

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü barədə məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" - in xəbərinə görə, qurumdan bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, həmçinin regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

17:38***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq və mövcud geosiyasi durumu müzakirə olunub.

R.T.Ərdoğan və C.Bayramov həmçinin Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı barədə də fikir mübadiləsi aparıblar.

16:32***

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.

Daha sonra C.Bayramov və H.Fidan arasında təkbətək və geniş tərkibdə görüş olub. Nazirlər danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu