Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub

3 dəq
Paylaş:
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub

İranla ABŞ arasındakı atəşkəs və bölgədəki böhranı fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib ilə İran Prezidenti Məsud arasında mühüm baş tutub.

“Operativ Məlumat Mərkəzi-OMM”-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dövlət başçıları Yaxın Şərqdəki son vəziyyəti və sülh prosesini müzakirə ediblər.

Türkiyənin Sülh Prosesindəki Rolu və Gözləntilər

Rəcəb Tayyib Ərdoğan Türkiyənin bir sıra ölkələrlə birlikdə atəşkəsə aparan prosesdə çox ciddi səy göstərdiyini bildirib. Türkiyə lideri bir neçə gündən sonra başlayacaq danışıqların davamlı sülh və sabitlik üçün maksimum dərəcədə istifadə olunmasının vacibliyini qeyd edib.

O, Türkiyənin yeni prosesdə dost ölkələrlə birlikdə hər cür töhfə verməyə hazır olduğunu vurğulayıb. Ərdoğan həmçinin İran xalqının itkiləri ilə bağlı həmkarına başsağlığı verərək, əsas hədəfin regionda yeni sağlam düşüncə və dialoq mühiti yaratmaq olduğunu diqqətə çatdırıb.

Bölgədə Nələr Baş Vermişdi? ABŞ-İran Münaqişəsinin Xronologiyası

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İki Həftəlik Atəşkəs və Hörmüz Boğazı Qərarı

Gərginliyin ardınca İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

İran rəsmiləri bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid ölkənin Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla təmin ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax