Ərazi bütövlüyünün parçalanmasına yönələn atributları hazırlayanlar 12 ilədək həbs olunacaq

Ərazi bütövlüyünün parçalanmasına yönələn atributları hazırlayanlar 12 ilədək həbs olunacaq
19.12.2023 14:24
Aa
dəq

Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti müəyyənləşir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılır.

Dəyişikliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə və ya yayma, yaxud nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə isə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəlləyə dəyişiklik layihəsi səsverməyə qoyularaq l oxunuşda qəbul edilib.

Həftənin ən çox oxunanları

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu müzakirə olunub

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu müzakirə olunub
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ

Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ
DAVAMIN OXU davamın oxu

HDQ kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər

HDQ kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər
DAVAMIN OXU davamın oxu

Polkovnik Samir Həziyev həbs edilib

Polkovnik Samir Həziyev həbs edilib
DAVAMIN OXU davamın oxu

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb
DAVAMIN OXU davamın oxu