Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb

Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb
11.09.2024 16:07
Aa
dəq

Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənədlərin imzalanmasından əvvəl hər iki Agentliyin rəhbərləri arasında görüş keçirilib.

Əqli Mülkiyyət Agentliyinin yaranması və fəaliyyətə başlaması ilə bağlı ətraflı məlumat verən Kamran İmanov əqli mülkiyyətin biliklərə əsaslanan fəaliyyət sahəsi olduğunu diqqətə çatdırıb və hazırda əqli mülkiyyət anlayışının daha geniş sahələri əhatə etdiyini vurğulayıb. O, Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyinin bir çox məqamlarda fəaliyyətlərin kəsişdiyini, bu səbəbdən hər iki dövlət qurumunun qarşılıqlı əməkdaşlığının ümumi işə böyük töhfələr verəcəyinə əminliyini bildirib.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov son vaxtlar açıq məkanlarda reklamların yerləşdirilməsi və bu sahədə həyata keçirdikləri tədbirlərdən danışıb. O, problemlərin həlli istiqamətində bütün səylərin birləşdirilərək qanunvericiliyin tələblərinə uyğun gördükləri işlər barədə məlumat verib.

Sonra Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu agentliklərin İdarə Heyətlərinin sədrləri Kamran İmanov və Fərhad Adıgözəlov imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd Azərbaycan dilinin zənginliyinin və saflığının qorunması, dövlət dilindən istifadənin təkmilləşdirilməsi və təşviqi, xarici dildə olan reklam mətnlərinin ədəbi dil normalarına uyğunluğunun təmin edilməsinə dair həll yollarının müzakirəsi, eləcə də qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində işlərin səmərəli və qarşılıqlı şəkildə təşkilidir.

Birgə fəaliyyət nəticəsində açıq məkanda xarici dildə reklamı yayımlanan əmtəələrə aid reklam mətnləri ilə bağlı hüquq sahibləri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə əməl olunub-olunmamasının müəyyən edilməsi həyata keçiriləcək, bu sahədə maarifləndirmə işləri aparılacaq.

Eyni zamanda qeydiyyata alınmış əmtəə nişanları və coğrafi göstəricilərlə təchiz edilmiş əmtəələrə aid açıq məkanda yerləşdirilən reklamlarda qanunvericilik aktlarının müddəalarına riayət olunmasına birgə nəzarət olunacaq. Müştərək fəaliyyət nəticəsində reklam subyektləri ilə görüşlərin təşkili, o cümlədən reklam sahəsində birgə təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Həftənin ən çox oxunanları

Ali Məhkəmə hüquqşünaslara müraciət edib

Ali Məhkəmə hüquqşünaslara müraciət edib
DAVAMIN OXU davamın oxu

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub
DAVAMIN OXU davamın oxu

Salyan rayonuna yeni icra başçısı təyin edilib

Salyan rayonuna yeni icra başçısı təyin edilib
DAVAMIN OXU davamın oxu

Prezident Sevindik Hətəmovu Salyan rayonunun icra başçısı vəzifəsindən azad edib

Prezident Sevindik Hətəmovu Salyan rayonunun icra başçısı vəzifəsindən azad edib
DAVAMIN OXU davamın oxu

Hacıqabulun icra başçısı vəzifəsindən azad edilib

Hacıqabulun icra başçısı vəzifəsindən azad edilib
DAVAMIN OXU davamın oxu