Rosatomun Sovinoye yatağında 100 tondan çox qızıl yatağı aşkar edilib ki, bu da 1991-ci ildən bəri Rusiyada aşkar edilən ən böyük qızıl yatağıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Atomredmetzoloto” şirkəti Rosnedranın bərk mineral ehtiyatları üzrə dövlət komissiyasına istinadən məlumat yayıb.
Bildirilir ki, indiyədək bütün tədqiqat, geoloji-geokimyəvi və geofiziki tədqiqatlar artıq yekunlaşıb. Qazma işləri fasiləsiz davam etdirilib. Şirkət bəyan edib ki, cəmi 3 il ərzində ümumi uzunluğu 32 km-dən çox olan 123 quyu qazılıb.
Atomredmetzoloto Sovinoye yatağı və Ryveem və Dor filiz yataqları əsasında dağ-mədən klasteri yaratmaq üçün 1 milyard rubldan çox sərmayə qoyub. 2028-ci ilin sonunadək tikintinin başa çatdırılması mədən və emal istehsalına başlanması planlaşdırılır. Şirkət bu ehtiyatın 2029-cu ildən başlayaraq ildə 3 ton qızıl hasil edə biləcəyini gözləyir.