Əsas məzmuna keç

Əmlak qeydiyyatında yeni qaydalar təsdiqləndi

Əmlak qeydiyyatında yeni qaydalar təsdiqləndi

Baş nazir Əli Əsədov daşınmaz əmlakın sənədləşdirilməsi barədə qərar imzaladı. Torpaq kadastrı və 15 günlük araşdırma ilə bağlı mühüm detallar artıq məlumdur.

en ru

5 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş " əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nda dəyişiklik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə xüsusi yoxlama proseduru tətbiq olunacaq.

Bu halda qeydiyyat orqanının vəzifəli şəxsləri 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparmalıdır.

Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…