Operativ Məlumat Mərkəzi

Əmircandakı İmam məscidinin təmir-bərpasına 600 min manat ayrılıb - SƏRƏNCAM

1 dəq
Paylaş:
Əmircandakı İmam məscidinin təmir-bərpasına 600 min manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində...

Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 yüz min manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər