Qara Qarayev "Neftçi"yə keçməyində Emin Mahmudovun böyük rolunun olduğunu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, o bu barədə "Neftçi TV"-yə verdiyi müsahibədə deyib.
"Bura gəlməyimdə Eminin rolu böyük olub. O mənə dedi ki, əgər başqa kluba getsən dost itirəcəksən. Təbii bu, bizim aramızda olan zarafat idi, amma Eminə təşəkkür edirəm ki, mənə çox faydalı məsləhətlər verdi", - deyə Qara Qarayev əlavə edib.