Əsas məzmuna keç

Əməkdar jurnalist Nurani vəfat edib

Əməkdar jurnalist Nurani vəfat edib

Tanınmış qələm sahibi, uzun illər mətbuatda çalışan Nurani dünyasını dəyişib. Azərbaycan mediasını sarsıdan bu acı itki ilə bağlı təfərrüatlar məlum olub.

en ru

Tofiqəxanım Qasımova (Nurani) vəfat edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Qeyd olunub ki, Nurani ilə vida mərasimi bu gün saat 12:00-da Təzə Pir Məscidində keçiriləcək.

Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi.

Xatırladaq ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.

O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə "Yurddaş", "Ayna"-"Zerkalo" nəşrlərində çalışıb, uzun müddət "Exo" qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, "Minval Politika" xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi. 2020-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…