Əliyev və Radev arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB 2

Əliyev və Radev arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB 2
08.05.2024 15:50
Aa
dəq

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə mayın 8-də geniş tərkibdə görüşü keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Cənab Prezident, nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz.

Ölkəmizə yenidən səfər edən əziz dostum Prezident Radevi görməyə çox şadam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olur və qarşılıqlı səfərlərin həyata keçirilməsi artıq yaxşı bir ənənəyə çevrilib. Mən şadam ki, biz səmərəli müzakirələrimizi davam etdirəcəyik və tərəfdaşlığımızı gücləndirəcəyik.

Cənab Prezidentlə görüşümüzdə əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə etdik və əlbəttə ki, əsas diqqəti yeni nəticələr əldə olunmasına yönəltdik. Bilirəm ki, nümayəndə heyətlərinin üzvləri artıq təmasda olublar, bəziləri dünən, bəziləri bu gün. Müzakirə etməli çox məsələlər var. Gündəlik həqiqətən də çox genişdir, güclü siyasi əlaqələr var. Bu gün biz strateji tərəfdaşlığımızın gücləndirilməsinə dair Bəyannamə imzalayacağıq. İqtisadi, enerji, nəqliyyat sektorları - hamısı çox yaxşı səviyyədədir. Mən tərəfdaşlığımızı nəzərdə tuturam və əlbəttə ki, humanitar əlaqələri. Əməkdaşlıq razılaşması imzalamış iki şəhərdən - Veliko Tırnova və Şuşadan olan təmsilçilər də əməkdaşlığımızın əhəmiyyətli hissəsinə töhfə verir.

Biz şadıq ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək. Beləliklə, cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.

x x x

Prezident Rumen Radev çıxış edərək dedi:

- Cənab Prezident, əziz dostum İlham Əliyev, ənənəvi səmimi qonaqpərvəliyinizə görə təşəkkür edirəm. Bildiyimiz kimi, bu, son iki ildə bizim dördüncü görüşümüzdür və bu, çox yaxşı haldır. Çünki yüksək səviyyəli siyasi təmaslar bizim qarşılıqlı maraq doğuran sahələrin hamısının inkişaf etdirilməsinə zəmin yaradır. Biz enerji sektorunda aparılan əməkdaşlıqdan çox məmnunuq. Son iki il ərzində biz çoxlu işlər görmüşük. Yunanıstan və Bolqarıstan arasında rəsmi interkonnektorun açılışında şəxsən iştirak etdiniz. Bununla yanaşı, SOCAR-ın nümayəndəliyinin açılışında iştiraka görə Sizə təşəkkür edirəm. Həmçinin Sizin iştirakınızla biz “Həmrəylik Halqası” layihəsi çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü şəbəkələri, habelə SOCAR arasında Anlaşma Memorandumunu imzaladıq. Bu, Avropa Komissiyasının strateji baxışına və Avropa Komissiyasının Prezidenti ilə 2022-ci ildə imzaladığınız strateji tərəfdaşlığa dair Memorandumu əsasən həyata keçirilir.

Biz Azərbaycan qazının əlavə həcmlərinin Avropaya nəql edilməsi üçün ölkənizlə birlikdə işləyə biləcəyimizə görə çox məmnunuq. Aydındır ki, biz birlikdə işləməklə təkcə ikitərəfli əməkdaşlığımızı gücləndirmirik. Bu, Qafqaz və Qara dəniz regionun sabitliyi və iqtisadi inkişafı üçün atılan bir addımdır. Bu, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün atılan bir addımdır.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə geniş tərkibdə görüşü keçirilib.

***

Mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə geniş tərkibdə görüşü başlayıb.

Həftənin ən çox oxunanları

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
DAVAMIN OXU davamın oxu

İtaliyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

İtaliyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov Ukraynanın yeni səfirini qəbul edib

Ceyhun Bayramov Ukraynanın yeni səfirini qəbul edib
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramovla Əli Baqiri Kani arasında telefon danışığı olub

Ceyhun Bayramovla Əli Baqiri Kani arasında telefon danışığı olub
DAVAMIN OXU davamın oxu

Aİ: Azərbaycan vətəndaşları üçün Şengen vizasının rüsumu dəyişməyəcək

Aİ: Azərbaycan vətəndaşları üçün Şengen vizasının rüsumu dəyişməyəcək
DAVAMIN OXU davamın oxu