Əsas məzmuna keç

Əli Əsədovdan YENİ QƏRAR

Əli Əsədovdan YENİ QƏRAR

Baş nazir Əli Əsədovun imzaladığı yeni sərəncamla xarici ölkələrdəki ticarət nümayəndəliklərinin rəsmi atributları və lövhə qaydaları ilə bağlı dəyişikliklər edilib.

en ru

Azərbaycanın xarici nümayəndəsi və onun aparatı səfirlik və ya konsulluqdan kənarda yerləşdikdə onun binasında və ya ərazisində bayraq, gerb və yerləşdiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı " Respublikasının xarici ölkələrdə ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə"də dəyişiklikləri imzalayıb.

Qərara əsasən, Azərbaycanın xarici ticarət nümayəndəsi və onun aparatı səfirlik və ya konsulluqdan kənarda yerləşdikdə onun binasında və ya ərazisində ölkənin və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və normativ hüquqi aktlara uyğun olaraq Azərbaycanın Dövlət Bayrağı qaldırılır.

Eyni zamanda, Azərbaycan Dövlət Gerbinin qabarıq təsviri, ana dilində və təyin olunduğu dövlətin dövlət dilində (dillərində) "Azərbaycanın (Azərbaycan Respublikasının səfirliyi və ya konsulluğunun olduğu ölkə üzrə təyin olunduğu səfirliyin və ya konsulluğun adı, səfirlik və ya konsulluğun olmadığı ölkə üzrə isə müvafiq ölkənin adı) ticarət nümayəndəsi" yazısı olan lövhə vurulur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…