Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Əsədov və Cevdet Yılmaz İranın dron hücumunu müzakirə etdi

2 dəq
Paylaş:
Əli Əsədov və Cevdet Yılmaz İranın dron hücumunu müzakirə etdi

Azərbaycanın Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında baş tutub. Tərəflər İran tərəfindən həyata keçirilən dron hücumlarını və bölgədəki son vəziyyəti müzakirə ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat yayıb.

Telefon danışığı əsnasında martın 5-də İran tərəfindən Azərbaycana qarşı törədilən dron hücumları ilə bağlı kəskin etiraz bildirilib. Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu xüsusi vurğulanıb.

Ə.Əsədov bildirib ki, hücumlar nəticəsində Naxçıvan Beynəlxalq , məktəb və digər istiqamətlər atəşə məruz qalıb. Hadisə zamanı bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.

Hadisədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevə zəng edərək dərhal xalqımıza dəstəyini ifadə etməsinin iki ölkə arasında mövcud olan sarsılmaz qardaşlıq və həmrəyliyin bariz təzahürü olduğu qeyd edilib.

Baş nazir yaranmış vəziyyətlə bağlı Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərin təhlükəsizliyini təmin etmək məqsədilə uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunması ilə bağlı göstərilən operativ dəstəyə görə qardaş Türkiyə tərəfinə təşəkkür edib.

Telefon danışığı zamanı həmçinin mövcud vəziyyətdən irəli gələrək gündəlikdə duran aktual məsələlər müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax