Əsas məzmuna keç

Əli Əsədov neft-qaz sənayesinin inkişafı üçün tapşırıqlar verdi

Əli Əsədov neft-qaz sənayesinin inkişafı üçün tapşırıqlar verdi

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə daxili yanacaq bazarı və SOCAR-ın yeni planları müzakirə olunub. Rövşən Nəcəfin təqdimatındakı mühüm detallar xəbərimizdə.

en ru

Bu gün İqtisadi Şuranın və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən xəbər verilib.

Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən, emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövrə neft məhsullarına ölkə daxili tələbatın dayanıqlı təmin olunması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələ ilə bağlı SOCAR-ın prezidenti Nəcəf təqdimatla çıxış edib. İclasda İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının üzvləri və dəvət olunanlar AİH-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru iştirak ediblər.

İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq AİH-in İdarə Heyətinə, və aidiyyəti qurumlara tapşırıqlar verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…