Operativ Məlumat Mərkəzi

Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib

1 dəq
Paylaş:
Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib
Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Kobaxidzeni bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib. "Operativ Məlumat...

Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Kobaxidzeni bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata əsasən, baş nazirlər arasında telefon danışığı zamanı Ə.Əsədov İ.Kobaxidzeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı baş nazirlər iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər