Əsas məzmuna keç

Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

Özbəkistanda rəsmi səfərdə olan Azərbaycan Baş naziri Əli Əsədov Daşkənddəki tarixi-mədəni kompleksin fəaliyyəti və layihənin icra prosesi ilə yaxından maraqlanıb.

ru en

paytaxtında keçirilən V İnvestisiya Forumunda iştirak edən Respublikasının , həmçinin Belarus, Tacikistan, Qırğızıstanın hökumət başçıları Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar.

“Operativ Məlumat Mərkəzi-OMM” rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, Özbəkistanın Baş naziri Abdulla Aripov qonaqlara İslam Sivilizasiyası Mərkəzi haqqında müfəssəl məlumat verib. Qeyd olunub ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qərarı ilə təsis edilən İslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə qoyulub. Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinin dini və ictimai xadim iştirak edib.

Bildirilib ki, Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanmış mərkəz 10 hektardan çox ərazini əhatə edir. Buraya tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat şöbələri daxildir. Mərkəzdəki sərgi qalereyasında müxtəlif tarixi dövrlərə aid əşyalar və əsərlər təqdim olunur, əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir. Onun muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…