Əsas məzmuna keç

Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib

Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib

Özbəkistana səfər edən Baş nazir paytaxtdakı tarixi komplekslə tanış olub. Mərkəzi Asiya irsi və rəqəmsal layihələr barədə detallar 5-ci İnvestisiya Forumunda.

ru en

Azərbaycanın Özbəkistana işgüzar səfəri çərçivəsində Daşkənddə İslam Sivilizasiyası Mərkəzini edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hökumət başçısına sözügedən kompleksin fəaliyyəti, burada sərgilənən ekspozisiyalar, elmi-maarifləndirici layihələr və İslam dünyasının mənəvi irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd edilib ki, İslam Sivilizasiyası Mərkəzi Özbəkistanın iri mədəni-elmi komplekslərindən biridir. Burada Mərkəzi Asiya ölkələrinin elm, təhsil, mədəniyyət və İslam sivilizasiyasının inkişafına verdiyi töhfəni əks etdirən materiallar təqdim olunur.

Əli Əsədov regionun görkəmli mütəfəkkirlərinə, alimlərinə və ilahiyyatçılarına həsr olunmuş ekspozisiya, eləcə də mərkəzdə tətbiq edilən müasir həllərlə tanış olub.

Xatırladaq ki, Azərbaycanın Baş naziri 5-ci Daşkənd İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistanın paytaxtında səfərdədir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…