Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Keyptaunda üç silahlı hücum, 11 nəfər öldürüldü

2 dəq
Paylaş:
Keyptaunda üç silahlı hücum, 11 nəfər öldürüldü

Respublikasının Keyptaun şəhərində üç ayrı silahlı hücum baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, nəticədə 11 nəfər həyatını itirib.

Cənubi Afrika Xidmətinin (SAPS) açıqlamasında bildirilib ki, şəhərin Khayelitsha, və Gugulethu rayonlarında baş verən silahlı hücumlarla bağlı araşdırma başlanılıb.

Khayelitsha rayonunun Lingelethu West ərazisində baş verən hücum zamanı 25, 31 və 35 yaşlarında üç kişi güllələnərək öldürülüb.

Langa rayonunun KwaLanga ərazisində, Winnie Mandela küçəsində törədilən hücum nəticəsində isə dörd kişi və bir qadın həyatını itirib.

Gugulethu rayonundakı Barcelona qeyri-qanuni yaşayış məntəqəsində baş verən üçüncü hücum zamanı iki kişi və bir qadın öldürülüb, daha iki nəfər isə yaralanıb.

Polis hücumların baş verdiyi ərazilərə, eləcə də riskli hesab edilən digər məntəqələrə əlavə qüvvələrin göndərildiyini açıqlayıb.

Qeyd olunub ki, hücumların səbəbi hələlik müəyyən edilməyib.

Cinayətkarların tutulmasına imkan verəcək məlumat üçün 100 min Cənubi Afrika randı (təxminən 6 min ABŞ dolları) veriləcəyi açıqlanıb.

Hücumlarla bağlı hələlik heç kimin saxlanılmadığı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax