Əsas məzmuna keç

Ələsgər Məmmədliyə 15 il həbs tələb edildi

Ələsgər Məmmədliyə 15 il həbs tələb edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV” işi üzrə prokurorun tələbi açıqlanıb. Akif Qurbanov və digər təqsirləndirilən şəxslər barəsində ağır hökm istənilib.

en ru

“Toplum TV” işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror bəyan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, hər birinə ayrı-ayrılıqda sanksiya həddində cəza təyin edilməlidir.

Konkret olaraq Aкif və Ruslan İzzətlinin 16, Məmmədli və Əli Zeynalovun 15, Müşfiq Cabbarov, İlкin Əmrahov, Ramil Babayevin 14, Fərid İsmayılov və Elmir Abbasovun isə 13 il müddətinə azadlıqdan məhrum edilmələri istənilib.

Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…