Əsas məzmuna keç

Elektron xəstəlik vərəqini kimlərin ala biləcəyi açıqlanıb

Elektron xəstəlik vərəqini kimlərin ala biləcəyi açıqlanıb

Xəstəlik, xəsarət, hamiləlik və doğum səbəbilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında pasientlər elektron xəstəlik vərəqindən istifadə edilə...

, xəsarət, hamiləlik və doğum səbəbilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında pasientlər elektron xəstəlik vərəqindən istifadə edilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

O qeyd edib ki, xəstələr vərəqi formada əldə etmək istəsələr, tətbiq üzərindən elektron formanı kağız halında çap etmək mümkündür:

"Xəstəlik vərəqinin elektronlaşdırılması xəstəlik vərəqi alma prosesini sürətləndirəcək. Qeyri-iş günlərində də xəstəlik vərəqəsi almaq mümkün olacaq".

S. Məhərrəmova bildirilib ki, işəgötürənlər elektron xəstəlik vərəqlərini Əmək və Məşğulluq Altsistemi (ƏMAS - işəgötürənlər və işçilər arasında əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini təmin edən müasir platforma) üzərindən görəcəklər.

Qeyd edək ki, mayın 1-dən elektron xəstəlik vərəqələrinin verilməsi qüvvəyə minəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…