Əsas məzmuna keç

Eldar Qocayev vəfat edib

Eldar Qocayev vəfat edib

bu barədə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib. O qeyd edib ki, Eldar Qocayev ötən gecə vəfat edib və bu gün Badamdar...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

elm xadimi, fizika-riyaziyyat elmləri , Mühəndis fizikası və elektronika kafedrasının müdiri Eldar Mehralı oğlu vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

O qeyd edib ki, Eldar Qocayev ötən gecə vəfat edib və bu gün Badamdar qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Qocayev Eldar Mehralı oğlu 1944-cü il dekabr ayının 10-da anadan olub. 1967-1972–ci illərdə SSR Elmlər Akademiyası Fizika İnstitutunda işləyib, 1972-ci ildə həmin institutda namizədlik, 1985-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib, 1987-ci ildə fizika üzrə professor elmi adına layiq görülüb.

1973-1990-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlayıb. 1976-cı ildə inistitutun Fizika kafedrasının yaradılmasında fəal iştirak edərək 1990-cı ilə qədər həmin kafedraya rəhbərlik edib.

1987-1990-cı illərdə Sumqayıt filialının elmi və tədris işləri üzrə prorektoru, 1989-cu ildə isə rektor əvəzi işləyib.

1990-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ixtisaslaşmış fakültənin dekanı işləyib, 1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Fizika kafedrasının müdiri seçilib və 2021-ci ilin fevral ayına qədər həmin kafedraya rəhbərlik edib.

Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru, 1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. O, vəfatından öncə 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəri idi.

Struktur dəyişikliyi ilə əlaqədar AzTU Elmi Şurasının 09.02.2021-ci il tarixli qərarı ilə universitetdə Elektronika və Fizika kafedraları birləşdirilərək yeni kafedra – Mühəndis fizikası və elektronika kafedrası yaradılıb və həmin kafedraya rəhbərlik Eldar Qocayevə həvalə edilib.

Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqaləsi xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub.

O, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…