Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

El Ninyo aclıq təhlükəsi yaradacaq

3 dəq
Paylaş:
El Ninyo aclıq təhlükəsi yaradacaq

Sürətlə güclənən El Ninyo hava hadisəsi gələn ilin sonunadək təxminən 50 milyon nəfəri kəskin təhlükəsi ilə üz-üzə qoya bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı BMT-nin Ümumdünya Proqramı (WFP) məlumat yayıb.

Qurumun məlumatına görə, bu vəziyyət Afrikanın bəzi bölgələrində uzun illərdir davam edən quraqlıq və Yaxın Şərqdəki müharibələrin ərzaq qiymətlərinə təsiri fonunda onsuz da ağır ərzaq çatışmazlığı yaşayan milyonlarla insanın vəziyyətini daha da pisləşdirəcək.

WFP bildirib ki, El Ninyo gözləniləndən daha zəif keçsə belə, onun təsirləri bir çox ölkədə ciddi böhrana səbəb ola bilər.

Hazırda 45 ölkədə kəskin ərzaq çatışmazlığından əziyyət çəkən 225 milyon nəfərin sayının 20 faizdən çox artacağı proqnozlaşdırılır.

Təhlillərə əsasən, Mərkəzi və Cənubi Amerika, Karib hövzəsi və Cənubi Afrika El Ninyodan ən çox zərər görəcək bölgələr olacaq.

Cənubi və Cənub-Şərqi Asiyada isə yağıntıların normadan az olması kənd təsərrüfatı və fermerlər üçün ciddi çətinliklər yaradacaq.

Mütəxəssislərin sözlərinə görə, Sakit okeanda bir neçə ildən bir formalaşaraq dünya üzrə yağıntı rejimini dəyişdirən El Ninyonun bu dəfə son 70 ilin ən güclü hadisələrindən biri olacağı gözlənilir.

Bildirilir ki, onun təsirləri səbəbindən daha da güclənir.

Ekspertlər hesab edirlər ki, güclü El Ninyo istiləşmə ilə birlikdə bu ili və ya daha böyük ehtimalla 2027-ci ili tarixdə qeydə alınmış ən isti il edə bilər.

Ümumdünya Ərzaq Proqramının hazırladığı hesabat qlobal aclığa El Ninyonun təsirini geniş şəkildə qiymətləndirən ilk araşdırma hesab olunur.

Qurum ən azı 80 milyon ABŞ dolları dəyərində erkən xəbərdarlıq sistemləri və qabaqlayıcı humanitar tədbirlər vasitəsilə ekstremal hava hadisələrinin təsirini azaltmağı planlaşdırır.

Xatırladılıb ki, 2015-2016-cı illərdə baş verən El Ninyo nəticəsində 60-100 milyon insan kəskin ərzaq çatışmazlığından əziyyət çəkmişdi. Mütəxəssislər bu dəfə hava hadisələrinin daha güclü olmasına baxmayaraq, qabaqlayıcı tədbirlər sayəsində təsirlərin nisbətən məhdudlaşdırılacağına ümid edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax