Operativ Məlumat Mərkəzi

"Əl-Hilal" Neymarı itirə bilər

1 dəq
Paylaş:
"Əl-Hilal" Neymarı itirə bilər
braziliyalı yeni komandasında debüt matçında aldığı zədə səbəbindən meydana çıxmaya bilər. 31 yaşlı cənubi amerikalı yay transfer pəncərəsində Fransanın...

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar Asiya Çempionlar Liqasının açılış mərhələsində Özbəkistanın "Navbahor"u ilə oyunu buraxmaq riski ilə üzləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı yeni komandasında debüt matçında aldığı zədə səbəbindən meydana çıxmaya bilər.

31 yaşlı cənubi amerikalı yay transfer pəncərəsində Fransanın PSJ klubundan "Əl-Hilal"a keçib. Onun transferi üçün Səudiyyə klubunun rəhbərliyi parislilərə 90 milyon avro ödəyib. Neymarla 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Əlavə edək ki, Çempionlar Liqasının qrup mərhələsində “Əl-Hilal” “Navbahor”, “Nassaci” və “Mumbai Siti” ilə qarşılaşacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər