Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və Çin arasında iqtisadi tərəfdaşlıq güclənir

2 dəq
Paylaş:
Azərbaycan və Çin arasında iqtisadi tərəfdaşlıq güclənir

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Sun Lincian "Bir kəmər və bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığın müsbət nəticələr verdiyini bildirib. O, cari ilin ilk rübündə Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin 30 faizdən çox artdığını diqqətə çatdırıb.

Azərbaycanın Çindəki səfirliyindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, bu açıqlama Pekində 28 May - Müstəqillik Günü münasibətilə təşkil olunan rəsmi qəbul zamanı səsləndirilib. Fondunun dəstəyi ilə keçirilən tədbirdə Çin rəsmiləri, diplomatik korpusun nümayəndələri və ictimai xadimlər iştirak ediblər.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov çıxışında iki ölkə arasındakı tarixi əlaqələrin İpək Yolu dövrünə dayandığını xatırladıb. Səfir qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri ilə təməli qoyulan siyasi dialoq İlham Əliyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:

  • Çin texnologiyalarını enerji keçidinin sürətləndirilməsində vacib amil hesab edir.
  • Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşməklə etibarlı logistika mərkəzinə çevrilir.
  • Zəngəzur dəhlizinin açılması "Kəmər və yol" layihəsinə mühüm töhfə olacaq.

Öz növbəsində, Sun Lincian Çin Xarici İşlər Nazirliyinin təbriklərini çatdıraraq, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi sabitlik və sosial sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib. O, dövlət başçıları İlham Əliyev və Si Cinpinin strateji baxışlarının ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynadığını vurğulayıb. Tədbir Azərbaycan musiqiçilərinin ifaları ilə davam edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax