Əsas məzmuna keç

Ceyhun Bayramov: Azərbaycan və Rusiya iqtisadiyyatı inkişaf edir

Ceyhun Bayramov: Azərbaycan və Rusiya iqtisadiyyatı inkişaf edir

XİN rəhbəri Ceyhun Bayramov Moskva ilə ticari-iqtisadi əlaqələrin genişləndiyini vurğulayıb. İki ölkə arasında tərəfdaşlığın yeni mərhələsi nələri vəd edir?

en ru

və , dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, iqtisadiyyatda müsbət trend formalaşdırıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın naziri iyulun 17-si Moskvada rusiyalı həmkarı Sergey Lavrovla geniş tərkibdə keçirilən görüşdə bildirib.

"Əminəm ki, bu gün ticari-iqtisadi əməkdaşlığın bütün istiqamətlərini ətraflı müzakirə edə biləcəyik. Bu əməkdaşlığın mühüm elementlərindən biri də cari ilin aprelində 24-cü iclası keçirilmiş Hökumətlərarası Komissiyanın müntəzəm fəaliyyətidir. Bu kontekstdə hesab edirik ki, dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, bütövlükdə ölkələrimiz arasındakı trend müsbətdir. Bu gün yəqin ki, 2025-ci ilin rəqəm və göstəriciləri, eləcə də yaxın perspektiv üçün nəzərdə tutulmuş istiqamətlər üzərində daha ətraflı danışacağıq", - C.Bayramov deyib.

Onun sözlərinə görə, humanitar sahə Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin ənənəvi olaraq mühüm elementidir.

"Təbii ki, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq gündəliyə aid məsələlərin bütün kompleksini, o cümlədən beynəlxalq platformalardakı təmaslarımızı və əməkdaşlığımızı müzakirə etməyə hazır olacağıq", - Azərbaycan XİN rəhbəri əlavə edib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…