Əsas məzmuna keç

İlham Əliyev Qarabağa səfərinə görə Slovakiya prezidentinə təşəkkür etdi

İlham Əliyev Qarabağa səfərinə görə Slovakiya prezidentinə təşəkkür etdi

Prezident İlham Əliyev Zəngilan və Cəbrayıla səfər edən Peter Pelleqrini ilə görüşdü. Dövlət başçısı Slovakiya liderinin bölgəyə gəlişini yüksək qiymətləndirdi.

en ru

İlham Əliyev dəvətini qəbul edib Qarabağa səfər etdiyinə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə təşəkkürünü bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Şuşada slovakiyalı həmkarı ilə birgə mətbuata bəyanatla çıxışı zamanı ticarət, iqtisadi əlaqələr, energetika, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələrin prioritet təşkil etdiyini vurğulayıb.

İlham Əliyev bundan sonra da münasibətlərin inkişaf edəcəyinə əmin olduğunu söyləyib:

"Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr apardıq. Nümayəndə heyətlərinin üzvləri daim təmasdadır. Slovakiya Prezidentinin səfəri sabah Bakıda davam etdiriləcək. Bir daha mənim dəvətimi qəbul etdiyi, səfərini Qarabağ etdiyi üçün ona təşəkkür edirəm. Bu bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir. Əminəm ki, bundan sonra da münasibətlərimiz inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq".

lideri əlavə edib ki, hər iki ölkə ikitərəfli münasibətlərə çox böyük önəm verir:

"Son illər ərzində çox güclü tərəfdaşlığın yaradıldığını deyə bilərəm. Eyni zamanda, Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. Slovakiyadan olan yüksək vəzifəli şəxslər arasında birinci insan idi – hələ əvvəlki vəzifədə olarkən Azərbaycan səfər etmişdir. Həm parlament sədri kimi, həm kimi - kimi də bizim beynəlxalq iqlim konfransında iştirak etmişdir. Bu gün də rəsmi səfərlə Azərbaycandadır".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…