Operativ Məlumat Mərkəzi

Əfqanıstanda "Taliban"ın düşərgəsinə hücum olub, ölən və yaralananlar var

1 dəq
Paylaş:
Əfqanıstanda "Taliban"ın düşərgəsinə hücum olub, ölən və yaralananlar var
bu barədə “Taliban” hökumətini tanımayan Əfqanıstan Milli Müqavimət Cəbhəsi məlumat yayıb. Bildirilib ki, ötən gecə Təxar əyalətinin Xoca Qar rayonunun...

Əfqanıstanda "Taliban" hərəkatının düşərgəsinə hücum olub, ölən və yaralananlar var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Taliban” hökumətini tanımayan Əfqanıstan Milli Müqavimət Cəbhəsi məlumat yayıb.

Bildirilib ki, ötən gecə Təxar əyalətinin Xoca Qar rayonunun Qaflatun kəndində “Taliban” düşərgəsinə hücum edilib və nəticədə 1 nəfər öldürülüb, 2 nəfər isə yaralanıb.

“Bu hücumda Milli Müqavimət Cəbhəsi qüvvələrinə zərər dəyməyib”,- məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər