Operativ Məlumat Mərkəzi

Əfqanıstanda daşqınlarda 30 nəfər ölüb

2 dəq
Paylaş:
Əfqanıstanda  daşqınlarda 30 nəfər ölüb

Əfqanıstanda daşqınlar nəticəsində 30 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fəlakətin baş verdiyi Meydan Vərdak vilayətinin Təbii Fəlakətlərlə Mübarizə Başçısı Feyzullah Cəlali mətbuata verdiyi açıqlamada, su basmasına səbəb son 24 saat ərzində yağışın normadan artıq yağması olub

Celriz, Nərah Çek və Çağatuy rayonlarında daşqınlar nəticəsində ölənlərin sayının 30-a çatdığını qeyd edən Cəlali, çox sayda yaralının olduğunu əlavə edib.

Sözügedən rayonlarda yüzlərlə ev tamamilə və ya qismən dağılıb, kənd təsərrüfatına ziyan dəyib. Bölgədə bəzi yollar, o cümlədən Bamiyan şəhərini paytaxt Kabillə birləşdirən avtomobil yolu bağlanıb.

"Taliban" hökumətinin Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin məlumatına görə, son 4 ayda ölkə ərazisində baş verən daşqınlar nəticəsində 214 nəfər ölüb, 320 nəfər isə yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər