Avropa Komissiyası Ukrayna və Macarıstanla birlikdə “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünü bərpa etmək üçün çalışır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyası vəziyyəti diqqətlə izləyir və “Drujba” neft kəmərinin yenidən işə salınmasını asanlaşdırmaq üçün hər iki tərəflə əlaqə saxlayır.
Avropa Komissiyasının nümayəndəsi Olof Gill isə Macarıstanın baş naziri Viktor Orbanın neft tədarüklərinin artıq bazar ertəsi başlaya biləcəyi barədə açıqlamasını şərh edərkən qeyd edib ki, neft axını bərpa olunmayana qədər Macarıstan Ukraynaya ayrılacaq 90 milyard avroluq Avropa maliyyəsini təsdiqləməyəcək.
Gill bu gün neft kəmərinin fəaliyyətinin bərpası ehtimalını təsdiqləməkdən imtina edib və həmçinin Avropa Komissiyasının guya kəmərin təmiri üçün Kiyevə vəsait ödəyib-ödəmədiyi ilə bağlı suala cavab verməyib.
Bununla yanaşı, Gill vurğulayıb ki, Avropa Komissiyası 23-24 aprel tarixlərində keçiriləcək qeyri-rəsmi Aİ sammiti ərəfəsində bütün üzv ölkələri Kiyevin maliyyələşdirilməsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırır.