Operativ Məlumat Mərkəzi

Dünya reytinqi: “Qarabağ” 7 pillə irəliləyib

1 dəq
Paylaş:
Dünya reytinqi: “Qarabağ” 7 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 307 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.

149 xala malik “köhlən atlar” ötən ayla müqayisədə 7 pillə irəliləyib və 62-ci sırada qərarlaşıb. Son ölkə çempionu Argentinanın “Talyeres” (Kordoba) klubu ilə eyni xala sahibdir.

Ağdamlılar Avropa təmsilçiləri arasında 40-cı olub.

İlk üçlükdə müvafiq olaraq, “Flamenqo” (Braziliya – 313 xal), “Real” (İspaniya – 308) və “Palmeyras” (Braziliya – 263) qərarlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər