Vladimir Putinin bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirakı ilə bağlı hələlik qərar qəbul edilməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki. bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Buna baxmayaraq, Peskov vurğulayıb ki, prezidentin şəxsən gedib-getməməsindən asılı olmayaraq, Rusiya mütləq tədbirdə təmsil olunacaq.
Qeyd edək ki, onlarla ölkənin liderləri Bakıda keçiriləcək tədbirdə birbaşa iştirak edəcəyini təsdiqləyib. Tədbirə BMT Baş katibi Antonio Quterreş də qatılacaq.