Operativ Məlumat Mərkəzi

DSX-də “8 noyabr - Zəfər Günü” münasibətilə təntənəli tədbir keçirilib

2 dəq
Paylaş:
DSX-də “8 noyabr - Zəfər Günü” münasibətilə təntənəli tədbir keçirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində “8 noyabr - Zəfər Günü” münasibətilə təntənəli tədbir keçirilib. DSX-dən "Operativ Məlumat...

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində “8 noyabr - Zəfər Günü” münasibətilə təntənəli tədbir keçirilib.

DSX-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Qələbənin üçüncü ildönümünün ölkəmizin hər bir bölgəsində təntənə ilə qeyd olunduğu bildirilərək, müqəddəs savaşda şücaətlə döyüşmüş sərhədçilərin bu şanlı “Zəfər Günü”nü yüksək coşqu ilə qarşıladıqları vurğulanıb.

Keçirilən tədbirdə kursantlar şəxsi heyət qarşısında idman yarışları və əyləncəli musiqi nömrələri ilə çıxış ediblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər