Vətəndaşların narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmamasına dair arayışların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsi nəzərdə tutulur. Bu yenilik Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanında edilən dəyişikliklərlə tənzimlənir.
Fərmana uyğun olaraq, şəxsin dövlət narkoloji tibb müəssisələrində qeydiyyatda olub-olmaması ilə bağlı arayışların verilməsi prosesini Səhiyyə Nazirliyi həyata keçirəcək.