Cəlilabad rayonu ərazisində “VAZ 2106” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğuna görə yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Zamiq Səfərovun narkotik vasitədən istifadə etməsinə şübhə yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə nəticəsində sürücünün metamfetamin və marixuana qəbul etdiyi müəyyən edilib.
Məhkəmənin qərarı ilə Z.Səfərov 15 gün müddətinə inzibati qaydada həbs olunub.