Operativ Məlumat Mərkəzi

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb
İrandan Azərbaycana keçmək keçməyə və dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə...

İrandan Azərbaycana keçmək keçməyə və dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvar ayının 15-də saat 21:56-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala rayon sakini 1967-ci il təvəllüdlü Mustafayev Eldəniz Aboş oğlu saxlanılıb.

Fakt üzrə üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər